"Biz bununla bağlı heç nə edə bilmərik. Koronavirus bütün dünyada yayılır. Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərin oyunları azarkeşsiz keçirilir, bəziləri təxirə salınırsa, nə edə bilərik?".
Qol.az xəbər verir ki,bu fikirləri "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov yığmanın Maltadakı toplanışının və yoldaşlıq görüşlərinin ləğv olunmasına münasibət bildirərkən deyib.
50 yaşlı mütəxəssis bildirib ki, 2018/2019 mövsümünə nisbətən bu dəfə komandanın Millətlər Liqasına hazırlaşmaq üçün daha çox vaxtı olub: "Sentyabra kimi zamanımız var. O vaxtadək yığmanın bir neçə yoldaşlıq görüşü planlaşdırılıb. Bu da komandanı formalaşdırmaq baxımından yaxşı idi. Yaxşı olardı ki, bu matçlar baş tutardı və yeni baş məşqçi də futbolçuları daha yaxından tanıyardı. Amma bu, bizdən asılı məsələ deyil. Amma yenə də hazırlaşmaq üçün vaxt var".
Əsədov hazırlıq prosesinin ləğv olunmasının baş məşqçi təyinatına təsiri barədə danışmaq istəməyib: "Bunu dəqiq bilmirəm. Mənə aid olan məsələ deyil. Nə baş verəcəksə, onu deyə bilmərəm. Bizim mayda Türkiyədə təlim-məşq toplanışımız var. Yoldaşlıq görüşü də olacaq. Növbəti plan yəqin ki, Türkiyə toplanışına hazırlaşmaqdır. Amma yay aylarındakı boşluqlara baş məşqçi gələndən sonra qərar verilə bilər. İndidən nəsə demək olmur. Hazırkı plan Malta və Lixtenşteynlə yoldaşlıq oyunları idi. Türkiyədəki toplanışın ləğv olunmasını isə gedişat göstərə bilər. Nələr olacağını bilmirik. Dünya tez bir zamanda bu virusdan xilas olsa, hər şey qaydasına düşər".
Təcrübəli baş məşqçi koronavirusdan qorunmaq üçün hansı tədbirlər gördüyünü də açıqlayıb: "Maşınımda daim spirt və pambıq olur. Bunlardan istifadə edirik. Hardasa olanda daim əlimizi spirtləyirik. İşdən evə gələndə də eyni proseduru yerinə yetiririk. Çalışırıq ki, deyilən bütün qaydalara əməl edək".
Qeyd edək ki, Azərbaycan millisinin Malta toplanışı və yoldaşlıq görüşləri ləğv edilib.
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi