Rüfət ABŞ-da həftənin oyunçusu seçildi

Rüfət  ABŞ-da həftənin oyunçusu seçildi
XƏBƏR 11 Mart 2020 / 09:45 1958
-  A +

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın USL çempionatında mövsümün ilk turunun ən yaxşı futbolçusu seçilib.

Qol.az xəbər verir ki, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. O, həftənin rəmzi komandasında da yer alıb.

Xatırladaq ki, Rüfət Dadaşov 1-ci turda - yeni komandasında rəsmi debüt matçında "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib.


Son xəbərlər
topaz banner