Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu ay Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirakdan imtina edib.
Qol.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı məlumat yayıb.
Rəcəbovun şəxsi səbəblərə görə bu addımı atdığı bildirilib. FİDE Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib.
***
Teymur Rəcəbovun İddiaçılar turnirinə qatılmamasının səbəbi bəlli olub. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, qrossmeyster koronavirusa görə yarışdan imtina edib.
Bu barədə şahmatçı özü açıqlamasında bildirib:
"15 mart - 5 apreldə mən Rusiyanın Yekaterinburq şəhərindəki dünya çempionu adına İddiaçılar Turnirində iştirak etməli idim. Məlum olduğu kimi, hazırda bütün dünyada koronavirus epidemiyası yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ən yüksək səviyyədə - qırmızı işıqda olduğunu bəyan edib. Düqnyada bir çox yarış və əlamətdar tədbirlər situasiyanın inkişafından asılı olaraq, ya ləğv edilir, ya da daha gec tarixlərə keçirilir. Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir sıra profilaktik tədbirlər həyata keçirib. Çinli şahmatçılar, onların məşqçiləri və müşayiətçilərinin Rusiya ərazisində 14 günlük karantin keçəcəkləri açıqlanıb. Çinli şahmatçılardan biri, məşqçi və nümayəndə heyəti həqiqətən də karantinə alınıb. Lakin Çindən olan digər iştirakçı karantin keçməyəcək və turnir başlayanda koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan başqa, iştirakçılardan birində və ya iştirakçılarla təmasda olacaq məşqçi və ya müşayiət edənlərlə, müsahibə alan jurnalistlərlə, hakimlərdə soyuqdəymə və ya virus infeksiyasının kəskin respirasiyası (VİKR) əlamətləri, yaxud Allah eləməsin, koronavirus aşkarlandıqda turnirin necə olacağına dair FIFA-nın izahatı yoxdur. İştirakçılar karantinə alınacaqmı, analizlər və virusun dəqiq olub-olmamasının müəyyənləşdirilməsi üçün hansı müddət və mərhələ gərəklidir? İddiaçılar Turniri 22 günlük və 14 turdan ibarət şahmat marafonudur. Dünya epidemiyası şəraitində turnirin necə inkişaf edəcəyi, virus və ya adi VİKR aşkarlanacağı halda xəstələnmiş iştirakçıya, hakimə qarşı hansı tədbirlərin görüləcəyini heç kim izah etmir.
Yaranmış bütün belə məqamlarla əlaqədar mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam. Yuxarıda göstərilənlərlə əlaqədar belə şərtlərin İddiaçılar Turniri kimi vacib yarışda maksimal oyun səviyyəsi ortaya qoymaq üçün lazımi olan konsentrasiya və əhval-ruhiyyə səviyyəsinə güclü təsir edə və sağlamlıq üçün təhlükə yarada biləcəyini hesab etdim. Nəticədə məni digər iştirakçı ilə əvəzlədilər".
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı.
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər