"İrana koronavirus gələndən camaat bir-birinə yaxınlaşmır ki, bu xəstəliyə yoluxmasınlar".
Bunu "Sumqayıt" klubunun iranlı futbolçusu Peyman Babayi deyib. 26 yaşlı hücumçu bildirib ki, valideynlərinin yaşadığı Təbrizdə hələ bu xəstəliyə rast gəlinməyib:
"İranda koronavirusun yayıldığı əsas şəhər Qumdur. Tehran, İsfahan, Save, Şumal kimi şəhərlərdə də bu xəstəliyə yoluxma halları aşkarlanıb. Xoşbəxtlikdən, Təbrizdə hələ bu cür xəstəlik yoxdur. Hər halda, belə eşitmişəm. İnanıram ki, xəstəliyin miqyası böyüməyəcək və tezliklə də aradan qalxacaq".
Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində koronavirusun yayılması insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərib:
"Əvvəllər bayramdan əvvəl insanlar alış-verişlə, evlərinin təmizliyi ilə məşğul olardılar. Amma indi heç kim çölə çıxmır. Bu virusun bütün ölkələrdə yayılması çox böyük dərddir. Allah hamımızın köməyi olsun. Ümidvaram ki, həkimlər tezliklə bu xəstəliyin də dərmanını tapacaqlar".
Təcrübəli forvard Azərbaycan - İran sərhədinin bağlanmasına da münasibət bildirib:
"Sərhədlərin bağlanması mənim üçün problem deyil. Açıq olsaydı belə, gedə bilməyəcəkdim. Çünki hazırda Premyer Liqada oyunlarımız var. İstirahətimiz yoxdur ki, çıxıb gedim. İnsan ilk növbədə, özü-özünə dəyər versə, heç vaxt bu iş olmaz. İnanıram ki, tezliklə sərhədlər açılacaq. Hamımızın arzusu koronavirusun tezliklə insanlardan uzaqlaşmasıdır".
Qeyd edək ki, hazırda Peyman Babayi 7 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirləri sırasında yer alıb (Report).
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi