Azərbaycan millisinin futbolçusu Emil Balayevin Norveçin "Bude-Qlimt" klubuna keçidinin alınmamasının təfərrüatı bəlli olub.
Qol.az xəbər verir ki, bu barədə 26 yaşlı qapıçının atası Nazim Balayev danışıb.
N.Balayevin sözlərinə görə, qarşı tərəf qolkiperi birbaşa müqaviləyə dəvət etsə də, maliyyə və ev məsələsi barədə öhdəliklərini yerinə yetirməyib:
"Bundan sonra Emil nə etməli idi? Onları gözləməli idi? Deyiblər ki, bizim büdcəmiz zəifdir, ayağımızı yorğanımıza görə uzadırıq. Müxtəlif bəhanələr gətiriblər. Emil də mənə zəng vurdu ki, burada qalmaq istəmirəm, bilsəydim, gəlməzdim".
Balayevin atası bildirib ki, Norveç klubunun büdcəsi az olmaqla yanaşı, futbolçuları gətirib oynadır, qiymətini qaldırıb başqa komandalara satırlar:
"Büdcələrini yalnız bu yolla doldururlar. Cəmi 3 000 avro pul təklif ediblər. Orada təkcə nahar etmək 30 avroya başa gəlir. Günə 80-90 avro yeməyə getsə, digər xərcləri necə qarşılasın? Avtomobillə gedib-gəlməyi var. Mənzilin icarə haqqı 1 200 avrodur. Bahalı ölkədir. Bütün maaşı, demək olar, ancaq belə şeylərə çıxacaq. Emil təklif edib ki, evlə maşının xərclərini siz üzərinizə götürün. Deyiblər ki, büdcəmiz buna imkan vermir. Gərək, ora getməzdi".
Qeyd edək ki, Emil Balayevin son klubu Qazaxıstan "Tobol"u olub. (Report)
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi