Bu gün Bulvar otelində İdman Jurnalistlərinin Respublika Toplantısı keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə gerçəkləşən tədbirə qurumun İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkənin bu sahədə çalışan KİV nümayəndələri, ayrı-ayrı idman qurumlarının mətbuat katibləri və veteran yazarlar qatılıblar.
Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasim AİJF sədri Qabil Mehdiyevin salamlama nitqi ilə davam etdirilib. Q.Mehdiyev İdarə Heyətinin ictimai əsaslarla və təmənnasız çalışdığını xatırladıb. O, idman mediasının ümumi maliyyələşmədən kənarda qalmasına diqqət çəkərək, bu düşüncənin dəyişməsinə çalışacaqlarını açıqlayıb. Sədr idman jurnalistikasının stimullaşdırılması üçün müxtəlif seminarlar və yazı müsabiqələri keçirəcəklərini söyləyib.
Veteran jurnalistlər adından çıxış edən Oqtay Bayramov bu günü idman yazarları üçün xüsusi gün adlandırıb. AİJF-nin xoş təşəbbüs göstərdiyini bildirən O.Bayramov Azərbaycanda idman jurnalistikası ənənələrini gənc jurnalistlərin uğurla davam etdirdiklərini vurğulayıb. O, ümid etdiyini bildirib ki, Respublika toplantısından sonra bu fəaliyyət daha da güclənəcək. Toplantının Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirildiyi ilə təsadüf etdiyini deyən O.Bayramov bütün həmkarlarına idmanın tərəqqisi naminə uğurlar arzulayıb.
Daha sonra dünyasını dəyişmiş idman jurnalistlərinin xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirə fəxri qonaq qismində qatılan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramının rəhbəri Den Meyson bildirib ki, əvvəllər jurnalistlərin səsini bu qədər eşitmək mümkün deyildi: "Artıq onların səsi tez-tez eşidiləcək. Magistr proqramımızın meneceri Ellada Mustafayeva AİJF İdarə Heyətinin üzvüdür. Şəxsən özüm də idman mediasının inkişafına lazımi dəstəyi göstərməyə hazıram".
Ardından medianı narahat edən məsələlərin müzakirəsi başlanılıb. Çıxış edən KİV nümayəndələri, mətbuat katibləri və veteran jurnalistlər bu sahədə mövcud olan bir çox problemləri qaldırıblar. Onlar müxtəlif təkliflər də səsləndiriblər. Jurnalistlər çıxışları zamanı belə toplantının təşkilini çoxdan gözlədiklərini deyərək, buna görə AİJF-yə təşəkkürlərini bildiriblər.
Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, Azərbaycanın iqtisadi cəhətdən gücləndiyi bir şəraitdə idman mediasında maddi problemlər var. Eyni zamanda KİV-in özünü maliyyələşdirməsi və gəlir əldə etməsi üçün azad reklam bazarı mövcud deyil. A.Bağırov mətbuat xidmətlərini də media ilə normal əməkdaşlığa, hər hansı tənqidə görə uçurum yaratmamağa çağırıb. O, həmçinin 20 fevralın Azərbaycanın İdman Jurnalistləri günü kimi qeyd olunmasını təklif edib.
Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov elektron KİV-in inkişafı üçün şəraitin yaradılması və idman saytlarının redaksiyalarla təmin edilməsinin vacibliyini söyləyib. Sport24.az saytının rəhbəri Ceyhun Əliyev isə idman jurnalistlərinin attestasiyadan keçirilməsini və akkreditasiya ilə bağlı məsələlərə yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, yerli çempionat oyunlarını işıqlandıranların sayı xeyli az olduğu halda, beynəlxalq matçlarda jurnalistlər azarkeş kimi iştirak edirlər. Baş redaktor onu da bildirib ki, KİV vasitəsilə təhqirlərə yol verilməsinin qarşısı alınmalıdır.
Atv.az-ı təmsil edən Vüqar Vüqarlı qeyri-futbol növlərindən yazan jurnalistlərin azlığına diqqət çəkərək, AFFA-dan başqa heç bir federasiyanın media üçün treninq təşkil etmədiyini vurğulayıb.
İTV-nin idman şöbəsinin rəhbəri, Azərbaycan Badminton və Qılıncoynatma federasiyalarının mətbuat katibi Kənan Hakimov idman sahəsində çalışan 100-dək media nümayəndəsinin bir araya gətirilməsini böyük uğur adlandırıb. Ötən il Bakıda keçirilmiş UEFA Avropa Liqasının final oyunu ərəfəsində erməni futbolçu Henrix Mxitaryanla bağlı məsələdə idman mediasının informasiya müharibəsində önə çıxa bilmədiyini deyən K.Hakimov AVRO-2020-nin qarşılaşmaları ərəfəsində media seminarlarının və dil kurslarının təşkilini vacib sayıb.
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Aslan Şahgəldiyev bildirib ki, təmsil olunduğu qurumda çempionat oyunlarını işıqlandırmaq üçün 250-dək media nümayəndəsi qeydiyyatdan keçdiyi halda, stadionlarda bir neçə media nümayəndəsinə rast gəlinir.
Digər çıxış edənlər də maraqlı fikir mübadiləsinin getdiyini və toplantının təşkilindən razılıqlarını dilə gətiriblər.
Qaldırılan məsələlərlə səsləndirilən təkliflərə münasibət bildirən AİJF sədri və İdarə Heyətinin üzvləri bütün bunların qeydə alındığını və həlli yolunda müvafiq addımların atılacağını vurğulayıblar ("Report").
Yuxarı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"