İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.
Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib. Ancaq beşinci yarış günündə Rumıniya idmançısıyla baş tutan qarşılaşma da uğursuzluqla nəticələnib. Varansova hesabda 3:2 öndə olsa da, sonuncu dəqiqədə təşəbbüsü əldən verərək məğlub olub.
Alyona Kolesnik ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşib. Kolesnik belaruslu həmkarına da məğlub olub.
Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşib və Belarus idmançısını üstələyərək 3-cü yerin sahibi olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb. Ancaq təmsilçimiz titulunu qoruya bilməyib. Bolqar rəqibinə uduzan Elis bu dəfə gümüş medalla kifayətlənib.
Beləliklə, yığmamız Avropa çempionatını bir gümüş və bir bürünc medalla başa vurub.
53 kq
Təsnifat: Tatyana Varansova - Marina Rueda Flores (İspaniya) - 8:5
1/8 final: Tatyana Varansova - Cesika Korneliya Blaşka (Niderland) - 0:10
Təsəlliverici görüş: Tatyana Varansova - Suzanna Georgiana Seykariu (Rumıniya) 3:4
57 kq
1/4 final: Alyona Kolesnik - Qreys Cekob Bullen (Norveç) - 0:5 (tuşe)
Bürünc medal görüşü: Alyona Kolesnik - İrina Kuraçkina (Belarus) - 1:4
62 kq
Təsnifat: Tatyana Omelçenko - Aurora Kampaqna (İtaliya) - 3:0
1/4 final: Tatyana Omelçenko - Marianna Sastin (Macarıstan) - 5:3
1/2 final: Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) - 0:4
Bürünc medal görüşü: Tatyana Omelçenko - Veranika İvanova (Belarus) - 4:0
65 kq
1/4 final: Elis Manolova - Petra Olli (Finlandiya) - 8:1
1/2 final: Elis Manolova - Mariya Kuznetsova (Rusiya) - 7:3
FİNAL: Elis Manolova - Mimi Nikolova Xristova (Bolqarıstan) - 3:6
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu