Soyuq hava Superliqaya da təsirsiz ötüşmədi

Soyuq hava Superliqaya da təsirsiz ötüşmədi
XƏBƏR 9 Fevral 2020 / 18:38 2758
-  A +

Avropada hökm sürən qarlı hava şəraiti Türkiyə Superliqasına da təsirsiz ötüşməyib.

Qol.az  xəbər verir ki, sabah keçirilməsi nəzərdə tutulan “Göztəpə” - “Rizəspor” qarşılaşması təxirə salınıb.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Qarşılaşmanın keçirilmə vaxtı daha sonra müəyyənləşəcək.

TFF 1-ci, 2-ci və 3-cü liqa oyunlarından da bir neçəsinin təxirə salındığını açıqlayıb.

Xatırladaq ki, fırtına və qarlı hava səbəbindən Almaniya Bundesliqasında “Borussiya” (Münhenqladbax) – “Köln”, İngiltərə Premer Liqasında "Mançester Siti" - "Vest Hem",  həmçinin Niderland və Belçika çempionatlarının bu günə nəzərdə tutulan matçları təxirə salınıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner