Şeydayev “Neftçi”yə gəlir?

Şeydayev “Neftçi”yə gəlir?
XƏBƏR 6 Fevral 2020 / 14:31 6342
-  A +

Rusiya mətbuatı millimizin futbolçusu Ramil Şeydayevlə bağlı yeni iddia irəli sürüb.

Qol.az xəbər verir ki, sport24.ru saytı onun karyerasını Azərbaycanda davam etdirə biləcəyini yazıb. 23 yaşlı hücumçu ilə “Neftçi”nin maraqlandığı bildirilib.

Qeyd edək ki, R.Şeydayevin son klubu Moskva "Dinamo"su olub. Bu ilin yanvarında onunla müqavilə ləğv olunub.

Xatırladaq ki, R.Şeydayev Azərbaycan klublarından "Qarabağ"da oynayıb. O, 2017/2018 mövsmündə icarə əsasında Ağdam təmsilçisində çıxış edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner