Bu gün "Neftçi” Futbol Akademiyasının məşqçisi – 9, 10 və 11 yaşlı futbolçulardan ibarət komandaları çalışdıran İslam Kərimovun 53 yaşı tamam olur.
Qol.az xəbər verir ki, 1992-ci il yanvarında "Neftçi”də çalışmağa başlayan İslam Kərimov həmin ilin martında könüllü olaraq cəbhəyə yollanıb. AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 8 dəfə gümüş, 7 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, "Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə "Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə "Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. 2007-ci ildə UEFA-nın A kateqoriyasına sahib çıxmış Kərimov 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb, 2019-cu ildə isə "Qarabağ müharibə veteranı” və "Milli Ordu-100” medalları ilə təltif olunub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə "Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Hazırda Premyer Liqada və 1-ci Divizionda çıxış edən 70 futbolçu onun yetirməsidir. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in "Fəxri fərman”ı ilə mükafatlandırılıb.
Klubun rəsmi saytı 28 ildir komandanın uğurları üçün çalışan İslam Kərimovu "Neftçi” ailəsi adından təbrik edib.
- Bu günü necə qeyd edəcəksiniz?
- Bu gün U-11 komandamızın oyunu var. "Sumqayıt”la qarşılaşacağıq. Hətta heç-heçə də etsək, Valeri Hacıyevin xatirə turnirinin finalına vəsiqə qazanacağıq. Buna görə də ad günümü futbol meydançasında qeyd edəcəm (gülür).
- İndiyədək ən yaddaqalan doğum gününüz hansı olub?
- 2001-ci ildəki doğum günüm ən yaddaqalan olub. 35 yaşımın tamam olması münasibətilə "Ruslan-93”də keçirilən tədbirə Azərbaycan futbol ictimaiyyətinin bütün məşhur simaları, klub rəhbərləri, baş məşqçilər, veteran futbolçular toplaşmışdı. Məhz həmin gün Azərbaycanın U-17 milli komandasına baş məşqçi təyin olunmuşdum.
- Yetişdirdiyiniz futbolçuların sizin üçün ən böyük hədiyyəsi nə olardı?
- Milli komandada oynamaq. Mənim şah əsərim Kamran Ağayevdir, Araz Abdullayevdir. Kamranı Bakıya Dəvəçidən gətirmişdim.
- Titullarınızın sayı-hesabı yoxdur. Onların hansı sizin üçün daha əzizdir?
- Mənim üçün ən əziz mükafat Qarabağ uğrunda müharibədə iştirak etdiyim üçün aldığım müharibə veteranı mükafatdır. Vətəndaşlıq borcumu yerinə yetirmişəm. Həm də müharibəyə "Neftçi”dən getmişəm. 1992-ci il fevralın 26-sı Xocalı hadisələri baş verəndən sonra, daha dəqiqi, martın 1-i klub prezidenti Aydın İbrahimova ərizə ilə müraciət edərək, könüllü olaraq cəbhəyə yollanmışam. Artıq martın 6-sı Ağdamda döyüşürdüm. 1 il sonra yenidən "Neftçi”yə qayıtmışam. Ali Baş Komandan bu gün göstəriş versə, yenə cəbhəyə gedərəm.
- Ömrünüzün yarıdan çoxunu "Neftçi”yə həsr etmisiz və hələ də həsr edirsiz. "Neftçi” sizin üçün nə deməkdir?
- "Neftçi” mənim həyatımdır. Özümü "Neftçi”siz təsəvvür etmirəm. Məşqçi kimi yalnız iki komandanın – "Neftçi”nin və millinin formasını geyinmişəm. "Neftçi”yə sadiq olmuşam, həmişə bu kluba sədaqətlə xidmət etmişəm. "Neftçi”li olmağımla qürur duyuram. Bütün klublardan dəvət almışam, amma "Neftçi”dən başqa heç bir klubda çalışmamışam. Hətta elə klub olub ki, məni əvəzedici komandaya baş məşqçi götürmək istəyib, getməmişəm. Heç vaxt "Neftçi”ni başqa kluba dəyişməmişəm. Müharibə zamanı avtomatımın üstündə "Neftçi” şəkli var idi. Hətta oğlum Fuad da "Neftçilər” xəstəxanasında dünyaya gəlib (gülür).
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi