Almeyda ilə ikinci qələbə

Almeyda ilə ikinci qələbə
XƏBƏR 28 Yanvar 2020 / 20:08 5294
-  A +

Millimizin üzvü Riçard Almeyda yeni klubu “Baniyas”da ikinci oyununa çıxıb.

Qol.az xəbər verir ki, onun komandası Birləşmiş Ərəb Əmirlikləri çempionatının 14-cü turunda “Acman”ın qonağı olub. Görüş “Baniyas”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan sabiq “Qarabağ”lı 76-cı dəqiqədə - hesab 4:1 olanda əvəzlənib.

Qeyd edək ki, “Baniyas” hazırda 17 xalla 9-cu pillədə qərarlaşıb.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner