Bundesliqada yeni rekord

Bundesliqada yeni rekord
XƏBƏR 25 Yanvar 2020 / 11:23 3573
-  A +

Dortmunt "Borussiya"sının futbolçusu Erlinq Haaland Bundesliqanın yeni rekordunu müəyyənləşdirib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, norveçli futbolçu 19-cu turda "Köln"lə matçda (5:1) dubl edib.  19 yaşlı hücumçu 18-ci turda "Ausburq"la oyunda (5:3) isə 3 qol vurmağı bacarıb. Bununla da o, Almaniya Bundesliqasında ilk iki oyununda 5 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, E.Haaland "Borussiya"ya bu il  "Zalsburq"dan keçib.


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner