Poqbanın qiyməti açıqlandı

Poqbanın qiyməti açıqlandı
XƏBƏR 11 Yanvar 2020 / 13:19 3379
-  A +

"Mançester Yunayted" futbolçusu Pol Poqbanın transfer dəyərini açıqlayıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro tələb edir. Onun 2021-ci ilədək İngiltərə təmsilçisi ilə müqaviləsi var.

Fransalı futbolçu ilə "Real" yaxından maraqlanır.

Qeyd edək ki, MY-ə 2016-ci ildə "Yuventus"dan 105 milyon avro qarşılığında transfer olunan P.Poqba bu mövsüm Premyer Liqada 7 oyuna çıxaraq 2 qol ötürməsi verib. Lakin oyunçu özü fərqlənə bilməyib.


Qarabağ FK
Son xəbərlər
21.11.26  09:19

"Bavariya"ya Keyn şoku

topaz banner