Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “CBC Sport” telekanalının şərhçisi və rəsmisi Rüstəm Əfsərlinin nazirliklə bağlı sərt ittiham səsləndirməsinə münasibət bildirib.
Qol.az xəbər verir ki, o, özünün "Feysbuk" hesabında bununla bağlı yazıb: "2019-cu ilin idman yekunlarına dair ADBTİA-da keçirilən tədbirdən sonra CBC Sport telekanalının əməkdaşı Rüstəm Əfsərlinin öz Facebook səhifəsində Dövlətin gənclər və idman siyasətinə cavabdeh olan qurumunu şəxsi ambisyasına görə qeyri-peşəkarlıqda ittiham etməsi, nazirliyin ölkə başçısının rəhbərliyi ilə apardığı gənclər və idman siyasətinə qarşı atılan addımı kimi qiymətləndirilir.
Nazirlik bu mövzu ilə bağlı atacağı addımları qısa zamanda ictimaiyyətə açıqlayacaq".
Qeyd edək ki, R.Əfsərli nazirliyin dünən ilin yekunu ilə bağlı açıqladığı nominasiyalarda KİV-lər arasında kanalın adının yer almaması ilə bağlı bunları yazmışdı: “Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur”.
Bizi Feysbukda da izləyin!
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi