Rusiya millisinin sabiq üzvü Andrey Arşavin MDB ölkələrinin futbol çempionatarının birləşdirilməsi ideyasından danışıb.
Qol.az xəbər verir ki, yerli telekanalların birində qonaq olan keçmiş hücumçu Azərbaycan, Qazaxıstan və Belarus klublarının Rusiya Premyer Liqasında çıxışının mümkünlüyünü və bu ideya alınarsa, futbolun inkişafına kömək edəcəyini bidirib:
"Bir neçə il əvvəl Rusiya və Ukrayna Premyer Liqasını birləşdirmək ideyasını dəstəkləmişdim. Bu, futbolun inkişafına kömək edəcəkdi.
Üstəlik, "Kayrat”da oynayanda bu klubun problemlərini gördüm. Qazaxıstanda klubların pul qazanmaq üçün bir fürsətə ehtiyacı var. Qazaxıstan çempionatında bunu etmək qeyri-realdır. Çünki futbolun televiziyada yayımlanma səviyyəsi sıfıra yaxındır. Yerli valyuta azdır. Buna görə də stadionun yarısı boş olur.
Avropada rəqabətə davamlı olmaq üçün daxili çempionatda güclü rəqiblərə ehtiyacınız var. Bu vəziyyətdə oyunçular ən yaxşı keyfiyyətlərini göstərəcəklər. İndi Rusiya və Ukrayna çempionatının birləşməsi əhəmiyyətsizdir. Kiçik ölkələrin liqalarının birləşməsinə ehtiyac var. Buna görə də Belarus, Azərbaycan və Qazaxıstan klublarını çempionatımıza qatmaq haqda düşünə bilərik. Bu ki maraqlıdır. Hər bir ölkə öz klubuna pul tökəcək. Üstəlik, azarkeşlərin sayı artacaq. Güclü komanda gələndə stadionda anşlaq olacaq. Bu, idman baxımından qonşulamız üçün maraqlıdır".
Xatırladaq ki, Arşavin bu ilin martında verdiyi açıqlamada Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan komandaları daxil olmaqla, 19 yaşa qədər futbolçuların çempionatını təşkil etmək istədiyini demişdi.
Bizi Feysbukda da izləyin!
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı