“Onu əvəz etmək çox çətindir” – Messi

“Onu əvəz etmək çox çətindir” – Messi
XƏBƏR 17 Dekabr 2019 / 14:56 6927
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın yeni transferi Eden Hazardı hazırda “Yuventus”da oynayan Kriştiano Ronaldo ilə müqayisə edib.

Qol.az xəbər verir ki, sabah “Nou-Kamp”da keçiriləcək “El-Klassiko” öncəsi jurnalistlərdən biri argentinalıya belə bir sual ünvanlayıb: “Sizcə, Hazard Ronaldonu əvəzetməyə və superulduz olmağa qadirdirmi?”

Messi buna cavab olaraq deyib: “Eden bacarıqlı futbolçudur. O, müdafiənin yükünü azalda bilir. Fikrimcə, Kriştianodan fərqlənir. Hazardın başqa keyfiyyətləri var. Ronaldonu əvəz etmək çox çətindir. Amma Hazard da böyük oyunçudur”.


Qarabağ FK
Son xəbərlər
02.09.26  15:20

“Milan”da qalır

topaz banner