Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun bu gün mükafatlandırma mərasimi keçirilib.
Qol.az xəbər verir ki, tədbir "Fairmont otel"də keçirilib. Mükafatı "Qarabağ"ın çalışdırıcısına Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
Q. Qurbanov mükafatlandırma mərasimindən sonra açıqlama verib: "Həmişə bir şeyə söz vermişəm ki, məsuliyyətlə çalışacağam. Həm "Qarabağ"ın uğurları, həm Azərbaycan futbolunun qazanması üçün çalışacam. Amma hər şey bizdən asılı deyil. Bizdən asılı olmayan səbəblər də var. Fərqi yoxdur, "Qarabağ" Al-in qrup mərhələsində oldu, ya olmadı, həmişə istəmişəm ki, qrup mərhələsində hər il ən azı Azərbaycanın 1 klubu təmsil olunsun. Bunun hər mövsüm "Qarabağ" olması isə ayrıca qürurdur. Bəzən oyunlarda bayraq çıxarırlar, əski çıxarırlar, bunların hamısı Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha sübut edir. Hər bir halda inanıram ki, "Qarabağ" qrupdan çıxa bilməsə də, nə vaxtsa hansısa klub bu ilkə imza atacaq. Biz bu istəkləri düzgün yerinə yetirsək, inanıram ki, hər şey yaxşı olacaq. Bu ada layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm. Sizin verdiyiniz bu dəyər mənimçün önəmlidir. Siz daim futbol azarkeşlərinə bizim işimizi daha ətraflı çatdırırsınız. Bu, heç də asan deyil. Yüz ölçüb, bir biçirsiniz ki, doğru yazasınız. Hər birinizə uğurlar arzulayıram".
Qeyd edək ki, 67 jurnalistin iştirakı ilə keçirilən səsvermədə Ağdam təmsilçisinin baş məşqçisi 58 səslə qalib gəlib.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq