"Hardasa bir ay bundan qabaq normativi verə bilməmişdim. Səhhətimdə bir az problem var idi. Qaçış testindən buna görə kəsilmişdim".
Bu sözləri Rəhim Həsənov deyib. Bir müddət öncə fitness-testdən kəsildiyi üçün təqribən 1 ay müddətinə oyunlara təyinat almayan FİFA referisi artıq normativi verdiyini bildirib: "İki həftədir, normativi vermişəm. Artıq fəaliyyətdəyəm. Son 1 ayda təyinat almamağım testdən keçə bilməməyimlə bağlı idi".
Təcrübəli hakim bu həftə Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək oyunlara təyinat alıb-almayacağı ilə bağlı bunları söyləyib: "Vallah, nəsə desəm, yalan olar. Təyinat işinə biz qarışmırıq. Bu, sırf departament tərəfindən tənzimlənir. Mən özümü hazır hiss edirəm. Normativi vermişəmsə, deməli, hər şey qaydasındadır".
Həsənov son vaxtlar bir qədər kölgədə qalmasına da münasibət bildirib: "Siz deyirsizsə, deməli, elədir. Mənə də elə gəlir ki, kölgədə qalıram. Amma bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Bu, komitəyə məxsus sualdır".
FİFA referisi AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxliklə münasibətləri haqda isə bunlari deydi: "Özümdə hər hansı geriləmə hiss etmirəm. Həmin hakiməm. Bu mövsüm 4 oyun idarə etmişəm. Şükür Allaha, hamısı yüksək səviyyədə olub. Yəqin, siz də görmüsüz. Qalan şeylərə qarışa bilmərəm. Bunlar komitədaxili məsələlərdir. Cəmi 4 oyuna təyinat almışamsa, deməli, Ştuxliklə münasibətlərimiz yaxşı deyil. Yəqin, buna görədir" (Sportinfo.az).
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı