"Leyptsiq"də üç mövsüm keçirmişəm. Ora 15 yaşlı yeniyetmə kimi getmişdim. 18 yaşımda isə "Ayntraxt"a transfer oldum. "Leyptsiq"də inanılmaz şərait var idi. Mənim bir vaxtlar yaşadığım baza dünyada ən yaxşılardan biridir. Burada söhbət 8 təbii örtüklü meydança, fantastik otel və yeməkxanadan gedir. Bu klubda peşəkar futbolçu üçün lazım olan hər şərait yaradılıb".
Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin və "Vulverhempton"un hücumçusu Renat Dadaşov deyib.
Hazırda icarə əsasında "Pakuş Ferreyra"da oynayan 20 yaşlı futbolçu "Leyptsiq" barədə daha sonra bildirib: "Klubun əsası 2009-cu ildə qoyulub. İlk vaxtlar azarkeşi çox az idi. Cəmi 10 ildən sonra "Leyptsiq" brendə çevrildi. Artıq hər oyunda stadion ağzına kimi dolur. Bu isə o deməkdir ki, komanda şəhər əhalisinin qəlbini fəth edə bilib. Almaniyanın ən güclüsü olmaq üçün bu klubun hər şeyi var. Cari mövsüm Çempionlar Liqasında da ciddi uğur qazana bilərlər.
Qürur hissi ilə deyirəm ki, mən bu komandada daha yaxşı insan oldum. Halbuki ora gedənə qədər xarakterimdə bəzi problemlər var idi. "Leyptsiq"dən ayrılarkən pis olmadım. Sadəcə, getdim. Bilirdim ki, yollarımız nə vaxtsa ayrılmalıdır".
Dadaşov 2018-ci ildə "Ayntraxt"ı "Eştoril"ə dəyişməsinin səbəbi haqda bunları deyib: "İki il öncə karyeramda eniş yaşandı. Bəzi səhvlər etdim və buna görə alman futbolundan getməli oldum. Eştorildə yaşamaq və şəhərin komandasında çıxış etmək xoşuma gəlirdi. Bu klub yenidən yaxşı səviyyədə futbol oynamağıma imkan yaratdı. Nəticədə "Vulverhempton"la 4 illik müqavilə imzaladım. Daha sonra "Pakuş"a icarəyə verildim. Hazırda Portu yaxınlığında yaşayıram. Məqsədim bu komandada maksimum təcrübə qazanmaqdır. Səbirsizliklə daha çox oynayacağım və özümü göstərəcəyim vaxtı gözləyirəm".
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı