Toyota şirkətinin istehsal etdiyi avtomobillər həqiqətən də regionumuzda sevilir və populyardır. Bu avtomobillərə olan yüksək marağın səbəbi onların güvənli və dözümlü olmasındadır.
Lakin, şirkət müştərilərinin qayğısına sadəcə yüksək keyfiyyətli avtomobillər istehsal etməklə qalmır. “Toyota Caucasus” bu haqda maraqlı məlumatı bizimlə paylaşıb:
“Toyota fəlsəfəsinin əsasında Kaizen idealogiyası durur. Bu, Yapon dilindən tərcümədə daim mükəmməlliyə doğru can atmaq deməkdir. Bizim şirkətimiz bu prinsiplərə yalnız avtomobilləri istehsal edərkən deyil, həm də sonradan bazarda istifadədə olan avtomobilləri izləməklə sadiq qalır.
Öz nüfuzuna dəyər verərək və fəaliyyətinin bütün tərəflərində müştərilərinin qayğısına qalmağın vacibliyini anlayaraq Toyota şirkəti öz yüksək standartlarına uyğun gəlməyən hissələrin və ya xüsusiyyətlərin hər hansı bir hadisə yaratmasının qarşısını almaq üçün xüsusi servis kampaniyaları həyata keçirir.
Bu, istehsalçı tərəfindən müəyyən olunmuş Toyota və Lexus markalı avtomobillərində müəyyən edilmiş işlərin həyata keçirilməsi və ya xüsusi servis kampaniyalarının şərtləri çərçivəsində avtomobilin müxtəlif komponentlərinin dəyişdirilməsini nəzərdə tutur.
Toyota və ya Lexus avtomobilinin sahibi öz avtomobilinin xüsusi servis kampaniyası çərçivəsində hansısa servis xidmətinə ehtiyacı olduğunu yoxlamaq istəyirsə, avtomobilin Şassi nömrəsini (VİN kodu/Ban) bu keçidə https://www.toyota.az/vincheck yazıb yoxlaya bilər.
Açıq kampaniya olduğu halda, müştəri bildiriş alır və daha sonra Azərbaycandakı Toyota və ya Lexus-un rəsmi dilerinə (avtomobilin markasından asılı olaraq) müraciət edir. Əlavə məsləhət almaq və istehsalçı tərəfindən müəyyən olunmuş işləri tez bir zamanda həyata keçirmək üçün Toyota Bakı mərkəzi, Toyota Abşeron mərkəzi, Toyota Gəncə mərkəzi və ya Lexus Bakı mərkəzinə getmək yetərli olur.
Özəlliklə vurğulamaq istəyirik ki, istehsalçının xüsusi servis kampaniyası çərçivəsində bütün işlər müştərilər üçün ödənişsiz həyata keçirilir.
Əvvəl də qeyd etdiyimiz kimi, Toyota şirkətinin fəlsəfəsinin əsasında daim mükəmməlləşmə idealogiyası durur. Biz ən müxtəlif analiz və qiymətləndirmə metodlarından istifadə edərək öz avtomobillərimizin istehlak keyfiyyətini daim izləyirik və bu da yeni xüsusi servis kampaniyalarının yaradılmasına gətirib çıxarır. Beləliklə də, Toyota və Lexus avtomobillərinin sahiblərinə mütəmadi olaraq avtomobillərinin VİN kodunu yoxlamağı məsləhət görürük ki, yeni kampaniya olduğunda istehsalçı tərəfindən müəyyən olunmuş işlər vaxtında bilinsin və həyata keçirilsin”.

Mundialda Afrika rekordu
“Şah”ı mat edən Aydın
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video