Topu rəqibin başına vuran Messi niyə “qırmızı” almadı?

Topu rəqibin başına vuran Messi niyə “qırmızı” almadı?
DÜNYA FUTBOLU 22 Noyabr 2026 / 11:42 122
-  A +

MLS-in pley-off mərhələsinin ilk raundunda “İnter Mayami” – “Kolambus Kru” (0:3) matçının baş hakimi Allen Çepmen topu rəqib futbolçusunun başına vuran Lionel Messiyə niyə qırmızı vərəqə göstərmədiyini izah edib.

QOL.az xəbər verir ki, hadisə ilk hissəyə əlavə olunmuş vaxtda baş verib.

"İnter Mayami"nin kapitanı yan xəttdən topu rəqib futbolçu Qonsalo Tapiyanın başına vurub. Buna səbəb Tapiyannın Messinin tam qarşısında dayanaraq autun tez istifadə edilməsinə qəsdən mane olması olub. Baş hakim epizoda görə hər iki futbolçuya sarı vərəqə göstərib.

Çepmen “The Daily Star”a açıqlamasında qərarını belə əsaslandırıb: “Topun atılması zamanı tətbiq olunan güc cüzi idi və hadisə zorakı davranış səviyyəsinə çatmırdı”.


Qarabağ FK
Son xəbərlər
21.11.26  09:19

"Bavariya"ya Keyn şoku

topaz banner