Uels millisinin baş məşqçisi Rayan Giqqz futbolçusu Qaret Beyl haqda danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Real"ın hücumçusunun zədəsinin ciddi olmadığını deyib: "Mən onunla mütəmadi olaraq əlaqə saxlayırdım. Mənə ilk oyuna (Azərbaycanla matç nəzərdə tutulur - red.) qədər hazır olacağını söylədi. Bizim üçün ən ideal variant Beylin millinin matçlarında qədər "Real"la oyunda iştirakıdır".
Qeyd edək ki, 30 yaşlı futbolçunun zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qalatasaray"la görüşdə oynamayacağı bildirilib.
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi