Rusiyanın soccer.ru saytı yayda Premyer Liqa klublarının etdiyi ən uğursuz transferlərin siyahısını dərc edib.
Qol.az-ın məlumatına görə, siyahıda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb. Yayda azad agent kimi Moskva "Dinamo"suna keçən 23 yaşlı hücumçunun ümidləri doğrultmadığı bildirilib: "Baş məşqçi ilk turlarda mərkəz hücumçusu tapa bilmədiyi üçün Şeydayevi oynadırdı. "Zenit"in yetirməsi fiziki cəhətdən güclü və hündürdür, üstəlik, mövqeyi də dəyişməmişdi. Ancaq zəif təsir bağışladı, heç bir qol vura bilmədi".
Qeyd edək ki, siyahıya Malkom ("Zenit"), Maksimilian Filipp ("Dinamo"), Quus Til ("Spartak"), Tonni Vilyena ("Krasnodar"), Reziuan Mirzov ("Spartak"), Kayo ("Krasnodar"), Elmir Nabiullin ("Soçi"), Lukas Santos (SSKA) və Andre Şürrle ("Spartak") daxil olub.
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır