Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun əsas bərbəri Rikardo Markes Ferreyra qətlə yetirilib.
Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, onun meyiti Sürixdəki oteldə tapılıb. Üzərində bıçaq zərbələri olan meyiti otel təmizləyicisi otağı yığışdırmaq istəyərkən aşkarlayıb. Onun sözlərinə görə, meyit yatağa sərilmiş halda olub. Otaqdan alkoqol iyi gəlirmiş. Qətli kimin törətdiyi bilinmir.
Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışı ilə məşğuldur.
Qeyd edək ki, son 2 ildə İsveçrədə yaşayan Rikardo Markes Ronaldo ilə yanaşı bir neçə portuqalyalı model və aktrisanın da bərbəri olub.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı