Bosniya və Herseqovina millisinin Avro-2020-nin seçmə mərhələsində İtaliya və Lixtenşteynlə oyunlar üçün heyəti açıqlanıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçi növbəti dəfə milliyə dəvət etməyib. Xorvatiyalı mütəxəssis “Ərzurumspor”da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, “Maribor”dan Kenan Piriçi və “Hapoel”dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.
Prosineçki daha öncə Beqoviçin "Qarabağ"da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubunda mütəmadi oynasa da, bu dəfə də yığmaya çağırılmayıb.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı