"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-də baş məşqçi Tomas Dolla klub rəhbərliyi arasında gərginlik yaranıb.
Qol.az Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, klub prezidenti Prodromos Petridesin Luk Hacılukası komandaya köməkçi-məşqçi təyin etməsi T.Dollun narazılığına səbəb olub. Alman mütəxəssis ölkə çempionatında "Nea Salamis"lə matçdan (3:0) sonra məşqçi heyətindən razı qaldığını və əlavə köməkçiyə ehtiyac duymadığını söyləsə də, onun bu fikirlərinə məhəl qoyulmayıb.
Yeni təyinatdan sonra T.Doll istefa ərizəsi yazıb. Ancaq klub rəhbərliyi bu məsələyə bir müddətdən sonra baxacağını bildirib.
Qeyd edək ki, APOEL Avroliqanın qrup mərhələsinin 4-cü turun noyabrın 7-i Nikosiyada "Qarabağ"ı qəbul edəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza