Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, “Sabah”la səfər matçına kapitan kimi çıxan yarımmüdafiəçi “Qartallar”ın heyətində yubiley – 50-ci oyununu keçirib. O, bu müddətdə 5 qola imza atıb.
Elvin Premyer Liqada 47, Azərbaycan kubokunda 3 dəfə “Zirə” forması ilə meydana çıxıb. 2016-cı il yanvarın 31-də çempionatın “Keşlə” ilə ev oyununda (2:1) debüt edən Məmmədov 2015/16 mövsümündə 15 görüşdə (2 qol) iştirak edib. Yarımmüdafiəçi 2016/17 mövsümündə 24 çempionat (3 qol) və 3 kubok görüşündə şans qazanıb. 2 illik fasilədən sonra bu yay “Zirə”yə qayıdan futbolçu cari mövsüm Premyer Liqada 8 dəfə meydana çıxıb.
Qeyd edək ki, Elvin komandanın heyətində 50 və daha çox oyun keçirən 14-cü futbolçu olub.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza