"Hazırda fərdi məşqlər edirəm. Ona görə də oyunlara baxmaq imkanım çox olmur. Amma istənilən halda "Qarabağ"ın nəticələrini izləyirəm".
Bu sözləri "Qarabağ"ın sabiq forvardı Reynaldo deyib.
Ağdam klubunun ən yaddaqalan forvardlarından olmuş Reynaldo Ağdam təmsilçisinin Avropa Liqasındakı çıxışı və qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Qarabağ"ın qrupdakı çıxışı yaxşıdır. İnanıram ki, "Qarabağ" növbəti mərhələyə çıxacaq. APOEL və “Sevilya”ya qarşı çətin olacaq. Amma futbolda hər şey mümkündür. Ümidvaram ki, "Qarabağ" üçün hər şey yaxşı olacaq".
Hazırda klubsuz olan braziliyalı oyunçu yenidən Azərbaycana qayıtmaq istədiyini söyləyib: "Qarabağ"dan ayrıldıqdan sonra çox üzülmüşdüm, heç futbol belə oynamaq istəmirdim. "Qarabağ" və Azərbaycan millisinə hər zaman uğurlar arzulayıram, onların yaxşı nəticələr qazanmasını istəyirəm. Orada yaşayan dostlarıma da həmçinin. Azərbaycana qayıtmaq istəyərdim. Hər şeyi zaman göstərəcək" (sportinfo.az).
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza