APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos Kipr çempionatının VII turunda "Nea Salamis"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, o, Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la ev oyununda azarkeşlərdən dəstək gözlədiyini deyib: "Nea Salamis" işimizi çətinləşdirdi. Ancaq hesabı açdıqdan sonra vəziyyət lehimizə dəyişdi. Daha iki qol vuraraq qələbə qazandıq. İndi şənbə günü AEK-lə derbi matçımız və gələn həftə "Qarabağ"la Avropa Liqasında həlledici görüşümüz olacaq. Azarkeşlərdən bu iki oyunda dəstək gözləyirik.Hər kəs komandaya necə kömək edəcəyini başa düşməlidir. Onları yanımızda görmək istəyirik".
Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza