"Keşlə"nin futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, bu görüşdə istəklərinə çatdıqlarını bildirib.
- Bilirdik ki, oyun gərgin keçəcək. "Qəbələ" hazırda ən yaxşı formada olan komandalardan biridir. Məşqçi dəyişikliyindən sonra daha yaxşı təsir bağışlayırlar. Biz də son görüşlərdə xallar itirmişdik. Ona görə də qarşımıza məqsəd qoymuşduq ki, bu oyundan mütləq 3 xalla ayrılmalıyıq. Şükürlər olsun ki, istəyimizə çatdıq.
- İkinci hissədə nə baş verdi? Komanda fasilədən sonra meydana arxayın çıxdı, yoxsa "Qəbələ"nin qolu sizə mənfi təsir göstərdi?
- Mən də kənardan baxırdım və qəribə gəldi. "Qəbələ" hesabı bərabərləşdirib, hətta, önə də keçə bilərdi. Bəxt amili də bir az bizim tərəfimizdə oldu. Ola bilər bir qədər geri çəkildik, ya da arxayınlaşdıq, bu da az qala nəticəyə təsir edəcəkdi. Sona yaxın yenə də yaxşı oynadıq və qol vurmaq imkanlarımız da oldu. Əsas odur ki, 3 xal qazandıq.
- Hazırda "Keşlə" 2-ci yerə yüksəlib. Amma sabah "Sumqayıt" - "Neftçi" oyunu var. Komandanız turu 2-ci yerdə başa vura biləcək?
- "Sumqayıt" da hazırda yaxşı təsir bağışlayır. Ayxan Abbasov orada yaxşı kollektiv yaratmağa çalışır. Mən də onunla işləmişəm bir müddət. İnanıram ki, rəqibi yaxşı təhlil edib, "Neftçi"dən xal almağı bacaracaqlar. Əsas olan odur ki, biz 3 xalımızı qazandıq. İndi həmin oyunu fikirləşmirik. Oturub, rahat sabahkı görüşə baxacağıq.
- Ötən həftə mitinqlə bağlı paylaşımın sosial şəbəkələrdə kifayət qədər müzakirə olundu. Buna münasibətini bilmək maraqlı olardı .
- O məsələ barədə çox danışmaq istəmirəm (gülür). Amma məni niyə qınayırlar? Mən dövlətin tərəfində olan adamam. Mən beləyəm. Mən danmıram ki, başqa cürəm, fakt beləyəm. İstəyirlər qəbul etsinlər, istəyirlər etməsinlər. Onların fikirlərinə hörmətlə yanaşıram. Demirəm ki, onlar çıxıb nəsə etməsinlər. Nə istəyirlər, eləsinlər. Ancaq mən də buyam. Bu da mənim fikrimdir. Kim çıxır, kim çıxmır, mənə maraqlı deyil. Özləri bilərlər. Mənim dinim, şəriətim belə deyir. Sonra məni qınayırlar ki, Əfran belə deyir, belə yaşayır. Vallah, mən 15 il yataqxanada yaşamışam. 20 kvadrat metrdə 5 nəfər qalırdıq. Onda da oturub ağlayardım da. Şikayət eləsəm, onlardan çox edərəm. "Mitinq", "mitinq" deyirlər. O mitinqə mən də getmişəm. Necə getmişəm? İsa Qəmbərin vaxtında gəlib bizim məhəllədə pul verirdilər, yığıb aparırdılar. Elə şey var ki, adam çox danışmaq istəmir. O tərəfi qoyuram bir kənara, amma mən fakt bu biri tərəfdəyəm. İstəmirəm ki, sabitlik, mehribanlıq pozulsun. İstəmirəm ölkəmiz Suriyanın vəziyyətinə düşsün. Bir bomba düşsə, hamı pulu-imkanı qoyacaq kənara, canını düşünəcək. Sakit, rahat oturmuşuqsa, şükür etməliyik.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı