APOEL-in baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"la ilə heç-heçə etdikləri oyundan (2:2) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, matçın gərgin keçdiyini bildirib.
- Belə bir açıqlama vermişdiniz ki, oyundan sonra gülən tərəf mən olacam. Gülən kim oldu: məğlubiyyətdən xilas olan “Qarabağ”, yoxsa səfərdə 1 xal qazanan APOEL?
- Çox gərgin oyun idi. Hər iki komanda güclü çıxış etdi. “Qarabağ” son matçımızdan daha yaxşı çıxış etdi. Futbolçularımın bugünkü komanda ruhuna görə çox sevindim. Hər iki tərəf maksimumunu etdi. İkinci hissədə “Qarabağ” topa daha çox sahib idi. 0:1 geridə olduğumuz anda ilk hissəni 2:1 öndə bitirmək, özü də belə bir dəstək olan stadionda bunu etmək çox vacib idi. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xal qazandığımıza görə nəticədən razıyam.
- Qrupda hələ də sonuncusunuz. “Qarabağ”la müqayisədə növbəti mərhələ şansınızı necə görürsünüz?
- Biz çox güclü komandaya qarşı oynadıq. Digər komandalar da “Qarabağ”la səfər matçında çətinlik çəkirlər. Bilirik ki, 1 xalla qrupdan çıxmaq mümkün deyil. Ancaq evdə “Qarabağ”ı məğlub etmək üçün böyük şansımız var. Belədə xallarımız bərabərləşəcək. Niyə də qalib gəlməyək?! Biz bilirik ki, rəqib çox güclüdür, ancaq evdə oynayacağıq. Hər şey baş verə bilər. Özümüzə inanırıq. İrəliyə doğru kiçik addım atdıq. Addım-addım hədəfimizə doğru gedirik.
- Bu oyundan öncə Kipr mətbuatı yazırdı ki, nəticə uğursuz olsa, postunuzdan gedəcəksiniz...
- Nə eşitmək istədiyinizi başa düşmürəm. Mətbuatın nə yazdığı məni maraqlandırmır.
- APOEL-lə Bakıda oynadığınız ilk matçda tez-tez fit çalırdınız. Bu gün isə cəmi bir dəfə bunu müşahidə etdik. Bu o deməkdir ki, artıq komanda sizi daha yaxşı başa düşür?
- Futbolçularımla ünsiyyətin sizə dəxli yoxdur.
- Komandanın oyunundan razı qaldınızmı və daha yaxşı çıxış edə bilərdinizmi?
- Əlbəttə ki, komandanın oyunundan çox da razı qalmadım. Ancaq komanda ruhu məni qane etdi. Çoxlu problemimiz var. Oyunçularımız topla daha çox oynamağı öyrənməlidir. Bu gün sistemi dəyişmişdik. Daha yaxşı oynaya bilərik. Əsas məsələ odur ki, komanda ruhu var idi. Qrupa pis başladıq. Ancaq mübarizə aparırıq.
- Bu gün arxadan oynadınız. Cavab oyununda “Qarabağ”ın sürətli və kreativ orta xəttinə qarşı “1-ci nömrə” ilə oynamaq sizə problem yaratmayacaq?
- Bizim komandamızda ortada yaradıcılıq çatmırdı. Əsas odur ki, komanda qələbəyə inanırdı. Bunun üçün yollar axtaracağıq. Kreativlik çox vacibdir. Yarımmüdafiəçilərimiz öz üzərlərində işləyirlər. Onların da öz tərzi var. Bizim də yaradıcı futbolçularımız var. Bu gün 5-3-2 sistemi ilə oynadıq. Evdə fərqli çıxış edəcəyik.
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı