Azərbaycanın U-19 millisinin bəzi üzvləri bu günlərdə Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada qalmaqallı hərəkətlər ediblər.
Qol.az sportfm.az saytına istinadla xəbər verir ki, buna görə otel hətta AFFA-nı cərimələyib. Bildirilir ki, hadisəyə milli komandanın futbolçularının oteldə siqaret çəkməsi səbəb olub. Hadisədən hiddətlənən otel rəhbərliyi təcili şəkildə federasiyasının işçilərinə durumla bağlı xəbər verib. Milli komandamızın inzibati heyəti məsələni yerindəcə ört-basdır etmək, qalmaqalın baş katib Elxan Məmmədova çatmasının qarşısını almaq üçün uşaqlardan susmağı tələb edib. Üstəlik otel rəhbərliyinə dəyən ziyanı ödəmək şərtilə yanaşı, məsələnin mətbuata sızdırılmaması üçün xahiş edilib. 500 avroya yaxın cərimə ödəyən AFFA işçiləri həmin pulları otaqlarını tüstü-dumana bürüyən uşaqların günlük xərcindən çıxıb. Bu hadisə isə gizli saxlanılıb. Bununla da məsələ yerindəcə operativ şəkildə "həll edilərək", bir daş altda, bir daş üstdə qoyulub. Bu özbaşınalığı ictimaiyyətdən gizlədənlər bilmirlər ki, bu hadisə birbaşa Azərbaycanın nüfuzuna vurulan zərbədir. Belə görünür ki, uzun illərdir xarici səfərlərə yollanan millilərimizin çox belə "şücaət"ləri olub, sadəcə hər dəfə AFFA rəhbərliyi həmin hadisələri gizlətməyə çalışıb.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Çexiyada xoşagəlməz hadisənin baş verdiyini təsdiqləyib. “Belə bir hadisə baş verib. Futbolçular qaldıqları oteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıblar. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar” – deyə bildirilib.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı