"Yuventus"un baş məşqçisi Maurisio Sarri komandasının məşqi zamanı drondan istifadə edir.
Qol.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, 60 yaşlı mütəxəssis hər məşqi dronun köməyi ilə videoya çəkir. Onun fikrincə, yuxarıdan səhvlər və oyunçuların çatışmazlıqları daha yaxşı görünür.
Xatırladaq ki, Sarri bundan əvvəl "Empoli", "Napoli" və "Çelsi"ni çalışdırdığı vaxtlarda da drondan istifadə edib.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi