"Azərbaycandan bir çox xüsusi təklif alıram. Beynəlxalq matçlar yaxınlaşır. Belə oyunlar hər zaman diqqət çəkir. Ancaq "Erzgebirge"də özümü yaxşı və dəyərli hiss edirəm. Buna görə klubumla yeni müqavilə bağladım".
Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin futbolçusu Dmirti Nazarov "Tag 24"ə deyib.
Avro-2020-nin seçmə mərhələsində Macarıstanla (0:1) oyunu cəzalı duruma düşdüyü üçün buraxan 29 yaşlı hücumçu millidə 40 oyunda 8 qol vurub. O, 111 matçla millidə ən çox oyun keçirən Rəşad Sadıqovun rekordunu qırmaq istədiyini zarafatla söyləyib: "Son 7 ildə ilk dəfə milli komanda üçün oynaya bilmirəm. Millidə 40 oyun keçirmişəm. Bu rekordu qırmaq üçün hələ bir neçə il də oynamalıyam (gülür)".
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi