"Son anda qol vursaq da, referi saymadı. Buna görə çox təəssüflənirik. Bu gün bir xala layiq idik".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Avro-2020-nin seçmə mərhələsində Macarıstan yığmasına 0:1 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib.
27 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, hollandiyalı baş hakimi Dennis Yohan Hiqler oyundan sonra milli üzvlərindən üzr istəyib: "Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımız görə üzr istəyirik. Öz oyunum haqda danışmağı xoşlamıram. Çalışdım ki, komandaya kömək edəm. Hesabda geri idik. Görüş sona yaxınlaşdıqca istər-istəməz daha çox hücüm etməyə başlayırsan. Çünki itirəcəyin heç nə olmur. Fikrimcə, baş məşqçi əvəzetmələrdə hücumameyilli futbolçuları meydana buraxdı və həmlələrimiz kəsərli oldu".
Qarşılaşmanın 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə rəqib qapısına yol tapsa da, referi yanlışlıqla onun əllə oynadığını əsas gətirərək təmiz qolu saymayıb. Həmin epizodda topu cərimə zərbəsindən ötürən Abdullayev baş verənləri belə təsvir edib: "Cərimə meydançasında təhlükənin ən çox olduğu nöqtələr var. Həmin epizodda fikrim topu cərimə zərbəsindən ora ötürmək idi. Şəhriyar Rəhimovun baş zərbəsi qol olsaydı, hakim sayacaqdı. Həmin məqamda Bəhlulun əli bir qədər açıq idi. Ancaq yan xətt hakimi hər şeyi görürdü. Nə baş verdiyini başa düşmədik. Hamımız elə bildik ki, qoldur. Ancaq sonradan qeydə alınmadı". (Report)
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı