"Düdelanj" - "Qarabağ" oyunundakı erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan etdiyi hərəkətdən danışıb.
Bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib. O, əvvəl də "Qarabağ"a qarşı təxribat törətdiyini etiraf edib və hadisənin ötən il dekabrın 18-də “Qarabağ”ın “Arsenal”la Londondakı Avropa Liqasının qrup oyununda meydana qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə girdikdən sonra baş verdiyini söyləyib:
“O vaxt Mxitaryan mənə yaxınlaşmaq istəyirdi, amma buna ehtiyac yox idi, məni artıq stüardlar kənarlaşdırmışdı. Növbəti gün, hava limanına getmək istədiyim vaxt mənə özünü Henrix Mxitaryan kimi təqdim edən bir oğlandan zəng gəldi. Əvvəlcə inanmadım. Elə bildim ki, dostlarım zarafat edir. Ancaq zəngin İngiltərə nömrəsindən gəldiyini görəndə, başa düşdüm ki, odur. Məlum səbəblərdən onunla şəxsi söhbətim barədə ətraflı danışa bilmərəm. Bu münasibətinə görə Mxitaryana minnətdaram”.
Xatırladaq ki, oktyabrın 3-də “Düdelanj” – “Qarabağ” matçında Ağdam klubunun ikinci qolundan sonra meydanda erməni təxribatı baş verib. Belə ki, oyunun 31-ci dəqiqəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bu isə “Qarabağ”ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. Komandalar soyunmaa-geyinmə otağına yollanıb. Bunun ardınca Lüksemburqun İdman naziri Dan Kerş “Qarabağ”ın soyunub-geyinmə otağına gələrək futbolçulardan üzr istəyib.
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”