Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.
Qol.az xəbər verir ki, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) qarşılaşacaq.
Qadınların mübarizəsində isə 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, Endo Çinatsu (Yaponiya), Lusia Kovaçikovanı məğlub etdikdən sonra Sara Hubriçə uduzub.Təsəlliverici görüşlərdə Çeili Qonsales (Qvatemala) və Pisard May-Lidən (Fransa) güclü olan yığma üzvü bazar günü bürünc medal uğrunda Miho Miyahara ilə üz-üzə gələcək.
İlk yarış günündə Firdovsi Fərzəliyev (60 kq), Hümmət Baxşəliyev, Rafiz Həsənov, Tural Ağalarzadə (hamısı 67 kq) və İlahə Qasımova (55 kq), eləcə də katada Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev medal şansını əldən veriblər.
Bu gün Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hamısı 84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (hamısı +84 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq. Həmçinin Roman Heydərov kata yarışında qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır.
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”