"Lüksemburqa qələbə ardınca getmişdik. İstəyirdik ki, yaxşı nəticə qazanaq. Bu şeylərə hazır idik. Amma əsas fikrimiz oyuna yönəlmişdi. Komandamızın əzmi, birliyi sayəsində buna nail ola bildik. Ən önəmlisi odur".
Bu sözləri "Qarabağ" klubunun müdafiəçisi Qara Qarayev deyib.
O, Avropa Liqasının ikinci turu çərçivəsində "Düdelanj"la görüşündə baş verən erməni təxribatına da şərh verib: "Ağdamı təmsil edən “Qarabağ”ın oyununda belə bayraq, daha doğrusu, əski parçası nümayiş etdirmək, sözsüz ki, gülünc haldır. Bunu yalnız ermənilər edərdi. Hər halda, bizə layiq olan tərzdə etirazımızı bildirdik. Ola bilər ki, hesabda öndə olduğumuza görə bizə psixoloji təsir göstərmək istəyirdilər. Amma komanda olaraq bunu dəf edə bildik. Layiqli və ən önəmli qələbələrimizdən birini qazandıq. Lüksemburqun idman naziri bizimlə görüşdü. Ölkəsi adına bizdən üzrxahlıq etdi ki, baş verənlər onlara aid deyil. Bizim “Düdelanj” və ya Lüksemburqla heç bir problemimiz yoxdur. Onlar bizi dostcasına qarşılamışdılar. Həmin hadisə vaxtı da dostcasına bizim yanımızda olduqlarını bildirdilər. İşimizi görməliyik.
Buna qədər necə hazırlaşırdıqsa, bundan sonra da eyni tərzdə davam etməliyik. Eyforiyaya qapılmaq, ya da kiməsə nəyisə sübut etmək, məncə, bu şeylər artıq olar. İşimizi görməliyik, ölkəmiz adına layiqli nəticələr qazanmalıyıq. Sözsüz ki, bu üç xal bizim üçün önəmli xallardan biridir. Amma hələ tezdir danışmaq. Qarşıda çətin oyunlarımız qalıb. APOEL-lə iki oyunumuz qalıb ki, həmin oyunlarda qrupun taleyi həll oluna bilər" - deyə Qara Qarayev fikirlərini yekunlaşdırıb (sportinfo.az).
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə