"Kiprdəki qələbə bizim üçün xeyirli idi. Ancaq bu, bizi qrupda favorit halına gətirmir.Nəzəri cəhətdən biz daha zəif komandayıq və rəqiblərimizi təəccübləndirəcək gücdəyik. Baş məşqçi bizə dedi ki, çox da fikir eləməyin. Bu matçlardan həzz almağımızı və əylənməyimizi istəyir".
Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Düdelanj"ın müdafiəçisi Rikardo Delqado Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.
O, Ağdam klubunun ilk turda məğlub etdikləri APOEL-dən daha güclü olduğunu bildirib: "Çempionatın son oyunundakı qələbə möhtəşəm idi. Amma "Qarabağ"la oyun tamamilə fərqlidir. Çətin oyun olacq. "Qarabağ" APOEL-dən fərqli komandadı. Məncə, "Qarabağ" daha güclüdür. Hamımız bilirik ki, "Sevilya" qrupun favoritidir. Ancaq işlərimiz yaxşı getsə, mümkün qədər xal qazana bilərik. Qrupdakı vəziyyətimizi də sonda görəcəyik. Hiss edirəm ki, Sinani qol imkanı əldə etsə, qaçırmayacaq. Komandamızın potensialına inanıram və 90 dəqiqənin sonunda hamımızın əylənəcəyinə ümid edirəm".
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı