"Qarabağ"ın baş meneceri Asif Əsgərov növbəti dəfə Avropa Klublar Birliyinin (ECA) işçi qrupunun üzvü seçilib.
Qol.az xəbər verir ki, yeni işçi qrupunda 20 nəfər təmsil olunub. Başa çatan 2017-2019-cu il mərhələsi üçün işçi qrupunda 40 nəfər yer alıb. Həmin işçi qrupunun səlahiyyət müddəti bitdiyinə görə 2019-cu ildə 4 il üçün seçki yolu ilə yeni işçi qrupunun yeni tərkibi müəyyənləşib. Qrup üzvlərinin sayının endirilməsində məqsəd kəmiyyəti azaltmaq və keyfiyyəti yüksəltməkdir. Azərbaycanı "Qarabağ"ın baş meneceri Asif Əsgərov təmsil edir. Yeni işçi qrupunda "Barselona", "Arsenal", "Borussiya" (Dortmund), "Yuventus" kimi klubların da üzvləri seçilib.
Yeni tərkibdəki 20 nəfərdə köhnə tərkibdən cəmi 3 klub təmsil olunub ki, onlardan biri də "Qarabağ"dır. A.Əsgərov Avropa Klublar Birliyinin daimi və assosiativ üzvü olan 500-dən çox klub nümayəndəsinin arasından seçilib.
Qeyd edək ki, bu, Azərbaycan klub futbol tarixində ilk yüksək uğurdur.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı