“Səbail”in müdafiəçisi Ürfan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sabah”a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
Qol.az-ın məlumatına görə, o, nəticənin gözlənilməz olduğunu deyib: “Hesab bizim üçün gözlənilməz oldu. Ağır oyun olacağını bilirdik. Rəqib görüşə yaxşı başladı. İlk hissədə qol epizodlarımız oldu, ancaq istifadə edə bilmədik. İkinci hissəni isə demək olar, müdafiədə keçirdik və bu səbəbdən 70-ci dəqiqədən sonra qollar buraxdıq. “Sabah”ı əks-hücumlarda yaxalamaq istəyirdik. İstədiyimiz şeylər alınmadı. Fasilədən sonra müdafiədə oturduq".
Ürfan fərdi səhvlər etdiklərini bildirib: "Deməzdim ki, 0:3 hesabı oyuna görə oldu. Fərdi səhvlərə yol verdik. Bu oyunu unutmalı, növbəti görüşlərə köklənmək lazımdı".
26 yaşlı futbolçu növbəti turda "Neftçi"yə qarşı keçirəcəkləri görüş barədə bunları deyib: “Neftçi” çempionluğa oynayan komandalardan biridir. Əlimizdən gələni edəcəyik ki, nəticəmiz yaxşı olsun".
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər