Rusiya Futbol İttifaqı FİFA-nın tələbi əsasında “Anji” klubunu cəzalandırıb.
Qol.az xəbər verir ki, bu haqda klubun yaydığı məlumatda bildirilib. Qərara əsasən, komandanın eks futbolçusu Yannik Boliyə yaranmış borca görə Mahaçqala təmsilçisinin 6 xalı silinib.
Bir neçə il əvvəl Roberto Karlos, Samuel Eto’o kimi superulduzlar transfer etmiş “Anji” indi çətin günlərini yaşayır. Maddi problemlərə görə klub indi birinci divizionda yarışır və son pillələrdədir.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər