Millimizin qapıçısı Emil Balayev özünə məxsus olan rekordu yeniləyib.
Qol.az xəbər verir ki, “Tobul”un üzvü olan 25 yaşlı futbolçumuz Qazaxıstan “Jetisu” ilə dünən keçirilən Qazaxıstan çempionatının 28-ci turunun oyununda da (0:0) qapısını toxunulmaz saxlayıb. Bununla da onun ardıcıl qol buraxmadığı matçların sayı 8-ə çatıb.
Emil sonuncu dəfə iyulun 28-də “Kaysar”la ev matçında (0:2) qol buraxıb. Ümumilikdə o, 699 dəqiqədir çərçivəni toxunulmaz saxlayır. Balayev bununla cari mövsümdə özünə məxsus olan 683 dəqiqəlik rekordu yeniləyib.
Qazaxıstan çempionatları tarixinin rekordu isə Sergey Boyçenkoya məxsusdur. "Kayrat"ın sabiq qapıçısı 2005/06 mövsümündə 921 dəqiqə qol buraxmayıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi