FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun seçimi ilə əlaqədar keçirilən səsvermə ilə bağlı bəyanat yayıb.
Qol.az xəbər verir ki, dünya futbol qurumu rəsmi saytı vasitəsilə yaydığı bəyanatda səsvermədə saxtakarlıqların qeydə alınması ilə bağlı bütün iddiaları yalanlayıb.
FİFA mətbuatda səsvermə zamanı saxtakarlıqlara yol verilməsinə dair xəbərlərin yayılmasından məyusluğunu bildirib və vəziyyətə belə aydınlıq gətirib: “Nominasiyaların hər biri üzrə səsvermə proseduru üçüncü tərəf təşkilatın (PwC) müstəqil nəzarəti altında idi. Səsvermə zamanı FİFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər asossasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Üstəlik, hər bir sənəddə assosiasiyanın möhürü də yer alıb. FIFA və PwC öz növbəsində müəyyən edilmiş qaydada doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin reallığına şübhə yoxdu. Buna baxmayaraq, hətta səsvermənin nəticəsinə təsir etməyən səhvlər də aşkarlansa, FİFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək”.
Qeyd edək ki, ən yaxşıların mükafatlandırma mərasimi sentyabrın 24-də İtaliyanın Milan şəhərində baş tutub. 2019-cu ilin ən yaxşı futbolçusu isə İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi seçilib. Lakin həmin gündən etibarən mətbuatda səslərin hesablanmasında səhvlərə yol verildiyinə dair müxtəlif faktlar qeyd olunmaqdadır.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer
Stefan El-Şaaravinin yeni klubu açıqlandı
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
"Sabah" futbolçusunu icarəyə göndərdi
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
Obameyanq Qabon millisindən getdi
"Napoli" kapitanla müqaviləni uzatdı
“Sabahın Ulduzları”: 8-ci tur başladı
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı - Açıqlama
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu