Azərbaycan Premyer Liqasının 5-ci turunda dünən "Zirə" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romero bu gün tibbi müayinədən keçib.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, 29 yaşlı oyunçu ölkə çempionatında "Sumqayıt" (27 sentyabr) və Avroliqanın qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la (3 oktyabr) görüşləri dəqiq buraxacaq.
Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu