“Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısı, reytinq sıralamasında isə üst pillələrdə qərarlaşan komandadır. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım".
Qol.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla oyundan (2:2) sonra AFFA-nın saytına deyib.
"Məni narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir. 10 metrlik zərbəni qola çevirə bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü hesaba daşıya bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vuramağa yaxın oldu. Hələ görüləcək işlərimiz var” - deyə o bildirib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu