İngiltərə Futbol Assosiasiyası “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı irqçilikdə şübhəli sayaraq araşdırmaya başlayıb.
Qol.az BBC-yə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu Tvitterdə paylaşım edərək zarafatla komanda yoldaşı Bendjamin Mendiyə sataşıb. Paylaşımda Mendi İspaniyanın şokolad-fıstıq brendinin maskotu ilə müqayisə edilib.
Mendi özü buna yumorla yanaşsa da, Tvitter istifadəçiləri portuqaliyanı tənqid ediblər. Bu səbəbdən Silva paylaşımı 44 dəqiqə sonra silməli olub. “Bu dövrdə hətta doslarımızla da zarafat etmək olmazmış. Təəssüf” – deyə Silva yazıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu