Bu həftə Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatacaq.
Qol.az xəbər verir ki, milli komandaların oyunlarına görə yaranan bu fasilədən sonra IV turun matçları keçiriləcək. “Qəbələ” sentyabrın 14-də “Sabah”la qarşılaşacaq. Bu görüş “qırmızı-qaralar”ın cari çempionatda ikinci səfər sınağı olacaq.
Komanda indiyədək bu rəqiblə 6 dəfə görüşüb. Ötən mövsümə təsadüf edən bu qarşılaşmalardan üçü Premyer Liqa, ikisi kubok çərçivəsində keçirilib. “Qəbələ”nin 4 dəfə qalib gəldiyi duellərdə 1 heç-heçə qeydə alınıb. “Qırmızı-qaralar” yalnız ilk oyunda uduzub və ardınca 5 oyundur yenilmir. Top fərqi də bu üstünlüyü əks etdirir – 5:2. Yalnız bir futbolçu – Ceyms Ademiyi bu qarşılaşmalarda birdən artıq qola sevinib. O, “Sabah”ın qapısına iki dəfə yol tapıb.
Çempionatdakı 4 görüşdə iki qələbəsi olan “qırmızı-qaralar” bir heç-heçə edib və bir dəfə xalsız qalıb. Premyer Liqada rəqibin qapısından üç top keçirən futbolçular 2 qola üzülüblər.
“Sabah”ın ev qarşılaşmalarında maraqlı tendensiya müşahidə olunub. Bütün matçların taleyini bir qol həll edib. İlk oyunda meydan sahibləri, sonrakı görüşlərdə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, 6 qarşılaşmadan dördündə bu hesaba təsadüf olunub (gabalafc.az).
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video