Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda Avro-2020-nin Uels – Azərbaycan matçı (2:1) ilə bağlı müsahibə verib.
- Baş məşqçinin dediklərini, məşqdə etdiklərimizi oyunda həyata keçirməyə çalışdıq. Qarşımıza qoyulan vəzifə də rəqibi daha çox əks-hücumda yaxalamaq idi. Əks-hücumda 2-3 dəfə şansımız oldu, yalnız birində sevindik. Buraxdığımız qollara baxanda, insan istər-istəməz üzülür. Həqiqətən də sırf bəxtsizlikdən buraxdığımız qolla məyus olduq. Qarşıda daha böyük oyun var. Uelslə matçı unudub, Xorvatiya ilə görüşü düşünməliyik.
- Uelsin futbolçusu yerdə olarkən, səni vurdu. Səncə, baş hakim qırmızı vərəqə göstərməliydi?
- Təbii ki, bu, qırmızı vərəqə idi. Heyf ki, onu göstərən tapılmadı.
- Səncə, həmin epizodda baş hakim qırmızı vərəqə göstərsəydi, nəticə başqa cür olacaqdı?
- Niyə də yox? Ehtimal böyük idi ki, bir nəfər artıq oynasaydıq, topa daha çox nəzarət edəcəkdik. Daha çox hücumlar edə biləcəkdik, onlardan faydalanmaq imkanımız da böyük olacaqdı. Olardımı, olmazdımı deyə bilmərəm, ancaq ən azından ehtimal idi. Başımızı dik tutub, növbəti oyuna hazırlaşmalıyıq.
- Oyundan öncə mətbuat konfransında Rayan Giqqz səni xüsusi qeyd etmişdi.
- Onu deyim ki, Uels və digər böyük komandaların oyununa və futbolçularına baxa-baxa böyümüşəm ki, mən də nə vaxtsa belə yaxşı ola bilərəm. Hansısa komandanın nümayəndələrinin haqqımda yaxşı sözlər deməsi həqiqətən xoşdu. Amma günün sonunda etdiyim qeyri-adi bir şey yoxdu. Əlimdən gələnin ən yaxşısını edirəm ki, özüm də yaxşı səviyyəyə gəlim çıxım. Söhbət tək məndən getmir, komanda yoldaşlarımdan da gedir. Uşaqlar mənə dəstək olmasalar, heç vaxt öz oyunumu göstərə bilmərəm, onlar mənə həmişə dəstəkdi. Uelsin oyunçularının əksəriyyəti Premyer Liqa kimi çempionatda oynayan futbolçulardır. Bilirik ki, bu cür liqalarda onlar sərt oynayır. Onların dəst-xətti belədir.
- Xorvatya ilə matç haqda düşüncələriniz necədir?
- Bu gün bütün ölkələr futbol oynamağı öyrənib. Baxmayaraq ki, rəqibimiz dünya ikincisidir, hər halda onlara qarşı da yaxşı nəticə əldə edə bilərik. Heç-heçə olar, qələbə ola bilər, əsas odur ki, ürəkdən oynayasan. Futbolçular bir-biri üçün vuruşası olsalar, niyə də olmasın? (sport24.az).
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"