"Oyuna yaxşı başlamışdıq. Heç nədən 2 qol buraxdıq. Bir xal qazanmağa çox yaxın idik".
Bunları Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyunundan sonra deyib. Onun sözlərinə görə, Azərbaycan millisinin bəxti gətirməyib: "Uels kimi komandaya qarşı yaxşı oynadıq. Bir xal qazanmaq üçün bəxtimiz gətirmədi. Buradan yaxşı nəticə qazanacağımıza inanırdıq. Amma alınmadı".
Ağayev Pavel Paşayevin avtoqolla hesabı açdığı epizodu belə şərh edib: "Məni eşitmədi, top özümə gəlirdi. O, heç topu görmədi. Tutmağa çıxırdım, top ona dəyib qapıdan keçdi. İkinci qolda çıxmasaydım daha yaxşı olardımı? Rəqib futbolçu qapıya çox yaxın idi. Çıxmasam da, təhlükə olardı. Komandaya kömək etmək üçün irəli çıxdım. Həmin epizodda mənə qarşı qayda pozuntusu var".
Ağayev sentyabrın 9-da Xorvatiya millisi ilə keçiriləcək oyuna da münasibət bildirib: "Müsbət nəticəyə ümid edirik. Mümkünsüz heç nə yoxdur. Yaxşı oynayıb xal qazana bilərik. Bu gün yaxşı çıxış etdik. Belə oynasaq, Xorvatiyadan xal ala bilərik" (Report).
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"